MN rayonda torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara aydınlıq gətirdi

Sosial şəbəkələr və bəzi saytlarda ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən yayılan bu məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.
Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.
Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
Mənbə: APA