Kim Çen In ictimaiyyət qarşısına çıxıb

Cənubi Koreyanın “Ryonhap” xəbər agentliyinin yaydığı məlumata əsasən, Şimali Koreya lideri Kim Çen In 20 gün sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Kim Çen Inın aprelin 30-da Sunçxonda gübrə zavodunun açılışında iştirak etdiyi bildirilib.
Qeyd edək ki, Şimali Koreya liderinin aprelin 12-dən bəri heç bir tədbirdə iştirak etməməsi, onun səhhəti ilə bağlı problemlərinin olduğu, həmçinin öldüyü şayiələrinin yayılmasına səbəb olmuşdu.
Mənbə: Apa.az