Daha bir azərbaycanlı həkim koronavirusa yoluxub
Azərbaycanda daha bir həkimin COVID-19 testi müsbət çıxıb.
Verilən məlumata görə, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin həkimi Balağa Pənəliyevin analiz nəticələri bu gün səhər saatlarında açıqlanıb.
Həkim karantinə götürülüb.
Bildirilib ki, B.Pənəliyev həmin xəstəxananın virusa yoluxan ikinci terapevtidir.
Mənbə: BakuPost
