Qaydalara əməl etməsəniz bu qədər cərimələnə bilərsiniz:

Sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə: fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1,500 manatdan 2,500 manatadək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fərdi qoruyucu vasitələrindən istifadə hallarında pozuntulara görə: fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 yüz manat məbləğində cərimə edilir.Təkrarlanarsa:fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 yüz manat məbləğində cərimə edilir.
Üstəlik sizin pozuntularınız xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda: 2,500 manatdan 5,000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır