Qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr açıqlandı

- Səhiyyə və sosial sahə üzrə
- Elmi tədqiqat və laborator xidmətləri
- Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
- Baytarlıq xidmətləri
- Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
- Sosial xidmətlər
- Sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
İnfrastruktur sahəsi üzrə:
- kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
- elektrik enerjisinin istehsalı və təchizatı
- su təsərrüfatı və meliorasiya
- telekommunikasiya və rabitə xidmətləri
Nəqliyyat və logistika sahəsi üzrə:
- hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
- dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
- logistika xidmətləri
- ictimai nəqliyyat və taksi xidmətləri
Əsas istehsalat növləri üzrə:
- müdafiə sənayesi məhsullarının istehsalı
- neft avadanlıqları və qurğularının istehsalı
- qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
- kimyəvi məhsulların istehsalı
- kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
- əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı
- neft və qazın hasilatı, emalı, saxlanması və satışı
- neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi
- metallurgiya sənayesi üzrə fəaliyyət
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
- mühəndislik və layihələndirmə xidmətləri
- mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
- qablaşdırma məhsullarının istehsalı
- daş, metal və taxta məhsullarının istehsalı
- mebel istehsalı və təmiri
- diri heyvanların kəsimi
Pərakəndə və topdan satış üzrə:
- ərzaq məhsullarının satış məntəqələri
- apteklər
- yanacaqdoldurma məntəqələri
- zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri
- tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri
- onlayn satışlar
Məişət xidmətləri üzrə:
- məişət tullantılarının yığılması və utilizasiyası
- kimyəvi təmizləmə
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi
- avtomobillərin təmiri
- avtomobil yuyulma məntəqələri
- heyvan sığınacaqları
- kütləvi informasiya vasitələri
Maliyyə təşkilatları üzrə:
- banklar və bank olmayan kredit təşkilatları, lombardlar
- investisiya şirkətləri, fond birjaları
- sığorta təşkilatları
- ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
Xüsusi xidmət növləri üzrə:
-çatdırılma xidmətləri
- tərcümə xidmətləri
- poçt xidmətləri;
- Dezinfeksiya xidmətləri.
- Vəkillik fəaliyyəti.
Rəsmi