“Soçi” – “Rostov” qarşılaşmasında gözlənilməz hesab

Futbol üzrə Rusiya Premyer Liqasında koronavirus pandemiyası ilə bağlı yaranmış məcburi fasilə başa çatıb.
Belə ki, bir neçə gün öncə “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlandığı üçün, bu komandanın bütün kollektivi karantinə alınıb.
Bu səbəbdən sözügedən matçın təxirə salınacağı gözlənilsə də, “Soçi” buna etiraz edib və rəqibə texniki məğlubiyyət verilməsini tələb edib.
Bu üzdən də “Rostov” qarşılaşmaya yeniyetmələrdən ibarət komandasını göndərmək məcburiyyətində qalıb.
Bu isə nəticəyə təsirsiz ötüşməyib. “Soçi” xeyli zəif olan rəqibi üzərində 10:1 hesablı qələbəyə sevinib.
Məğlubiyyətə baxmayaraq, “Rostov” 38 xalla 4-cü pillədə qərarlaşıb. “Soçi” isə 27 xalla 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 50 xalla “Zenit” başçılıq edir.
Mənbə: Qafqazinfo