Ç. İyn 25th, 2025

Qəbul imtahanlarının onlayn keçirilməsi nəzərdə tutulmur

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı onlayn mətbuat konfrası keçirib.

Konfransda Məleykə Abbaszadə aşağıdakıları qeyd edib:

“Bir həftədən sonra Naxçıvanda buraxılış imtahanları keçiriləcək və
bütün şagirdlər imtahana gələn zaman mütləq maska taxmalıdır”.

“Rezidentura imtahanları avqustda olacaq, təbii ki, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Amma çalışacağıq ki, xəstə olmayan şagirdlər imtahan versinlər.

İyunun 10-da imtahanlara buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, hazırda onlar bizə ərizə yazırlar”.

Qeyd edək ki, Ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə 8000 nəfər çoxdur.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com