“Neftçi” “Keşlə”-nin yarım müdafiəçisini transfer etdi

“Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
Verilən məlumata görə, “Keşlə” oyunçusu Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi komandamızın heyətində 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bunadək “Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.
Mənbə: Qafqazinfo