Siqaret çəkən adamın ağ ciyərinin qorxunc görüntüsü

Çinin Çyansu əyalətində həkim ölmüş xəstəsinin ağciyərinin videosunu sosial şəbəkədə paylaşıb.
Sürətlə yayılan video “siqaret çəkməyin ən yaxşı antireklamı” adlandırılıb.
Həkim Çenq Cinqyunun bunu etməkdə məqsədi siqaret çəkməyin ağciyərə necə mənfi təsir etdiyini göstərmək olub.
Mediamax Lenta.ru saytına istinadən bildirir ki, 52 yaşlı mərhum 30 il siqaret çəkib.
O, öldükdən sonra ağciyərini donor olaraq bağışlamaq istəyib, lakin uzun müddət siqaret çəkdiyi üçün onun ağciyəri donora yararlı olmayıb.