Ç. İyn 25th, 2025

Roza Zərgərlinin qalmaqallı açıqlamaları

Qalmaqallı açıqlamaları ilə şou əhlinin yuxularını qarışdıran məşhur müğənni Roza Zərgərli sənət yoldaşları barədə səsləndirdiyi növbəti fikirləri ilə gündəmi alt-üst edib.

Mediamax Oxu.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

Zərfdən çıxan “Mənə söz atdı, gündəmə gəldi” sözlərinə cavab olaraq, Roza monitorda fotosu əks olunan Əməkdar artist Mətanət İsgəndərlinin adını çəkərək, fikirlərini belə davam edib:

“Mətanət dostumdur. Bu sözləri ona aid etmək istəyirəm. Çünki növbəti zərfdə daha ağır sözlər ola bilər”.

Növbəti zərfdə yazılan “Onu ulduz hesab etmirəm” ifadəsini şərh edən Zərgərli uzun illərdir aralarında qalmaqal yaşanan həmkarı Nura Surinin adını çəkib:

“Nura ilə mən qoç bürcündənik. İki qoçun başı bir qazanda qaynamaz”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com