Lənkəran gənclərindən nümunəvi addım

Medimax.az xəbər verir ki, 19 iyun tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin Gənc könüllüləri Lənkəran şəhərinin dəniz kənarı ərazisində #Trashtag (təmizlik) aksiyası təşkil ediblər.
Aksiyani gənclər pandemiya ilə əlaqədar sosial məsafə qaydalara əməl edərək həyata keçiriblər.
Qeyd edək ki, bu tipli aksiyalar mütəmadi olaraq gənclər tərəfindən təşkil edilir.