Ç. İyn 25th, 2025

9 yaşlı uşaq yol qəzasında dünyasını dəyişib

Daxili İşlər Nazirliyi Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 19-da saat 19:00 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı uşaq iyunun 20-də vəfat edib.

Hal-hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: Apa az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com