Avtomobil atlını vuraraq ağır xəsarət yetirib

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəlilabad şəhərinin “Seyrangah” adlanan ərazisində qeydə alınıb.
Belə ki, “Jiquli ” markalı minik avtomobili yolun kənarı ilə hərəkət edən atlını vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hazırda zərərçəkənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az