Məşhur hücumçu əməliyyat olundu

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero dizindən əməliyyat olunub.
Verilən məlumata görə Barselonada keçirilən əməliyyat uğurlu başa çatıb.
32 yaşlı hücumçu özünün “Tvitter” hesabında hər şeyin qaydasında olduğunu və tezliklə sağalacağını bildirib.
Qeyd edək ki, Aquero Premyer Liqa çərçivəsində keçirilən “Bernli” ilə matçda zədələnmişdi. Onun avqustda baş tutacaq Çempionlar Liqasının oyunlarına kimi hazır olacağı gözlənilir.
Mənbə: BakuPost