Britaniyada daha 315 nəfər korona virusdan öldü

Ölkənin Nazirlər Kabineti Katibliyinin başçısı Maykl Qouv keçirdiyi brifinqdə bildirib ki, Böyük Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 28 446 nəfər təşkil edir.
“Təəssüf ki, COVID-19 diaqnozunun təsdiq edildiyi şəxslərdən son gün ərzində 315 nəfəri öldü”, – Qouv deyib.
Britaniyada son sutka ərzində yeni yoluxma ilə bağlı aşkar edilmiş halların sayı daha 4 339 artaraq 186 599-a yüksəlib.
Mənbə: report.az