Avropa İttifaqı ərazisinə giriş qadağası ləğv olunan vətəndaşlar

Avropa İttifaqı iyulun 1-dən Gürcüstan vətəndaşlarının Aİ ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.
Bu barədə “Le Monde” nəşri məlumat yayıb.
İttifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən Aİ ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib. ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.
Mənbə : Apa az