Tanınmış futbolçu koronavirusa yoluxub

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Jozef de Souza koronavirusa yoluxub.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”də forma geyinən 31 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.
Qeyd edək ki, De Souza 2015-2018-ci illər aralığında “Fənərbaxça”da forma geyinib.
Mənbə : Oxu az