Abşeronda yanğın

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.
Hal-hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Mənbə: Oxu Az