Ç. İyn 25th, 2025

Türkiyədə koronavirusla bağlı yumşalma olacaq

Prezident R.T.Ərodoğanın açıqlamasına görə may ayının 11-dən etibarən bərbərxanalar,gözəllik salonları və ticarət mərkəzləri yenidən fəaliyyət göstərə biləcək.Ərdoğan həmçinin vurğulayıb ki, ölkənin 31 vilayətindən 7-də şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər bu gecədən aradan qaldırılır: “Bunlar Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğladır. Ancaq digər 24 vilayətdə şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər 15 gün müddətinə uzadılıb.Bundan əlavə ölkə başçısı küçəyə çıxma qadağasını tətbiq edildiyi həftə sonu günlərindən birində, 65 yaş üstü vətəndaşların 4 saatlıq küçəyə çıxma qadağasından azad ediləcəyini bildirib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com