Qəbələdə tükürpədici hadisə

İki yaşlı qız su götürmək istəyərkən boğulub.
Hadisə iyunun 29-u rayonun Məmmədağalı kəndində baş verib.
2018-ci il təvəllüdlü Qəmər Əsədovanın meyiti evlərinin yaxınlığında tapılıb.
Yaxınlarının verdiyi məlumata görə, Q.Əsədova həyətyanı sahədən keçən arxdan su götürərkən yıxılıb.
O arxa düşüb və boğularaq ölüb.
Mənbə: Qafqazinfo