Şəmkirdə həmkəndlilər arasında silahlı insident baş verib

Şəmkirdə baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.
Məlumatlara əsasən, kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi – 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb.
Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.
Məlumata görə, hər iki şəxsin əvvələr bir-biri ilə ədavəti olub.