Simptomu olanların poliklinikaya getməsinə ehtiyac yoxdur …

“Əgər əvvəllər simptomu olanlar təcili yardıma müraciət edirdilərsə, bundan sonra poliklinikalara da müraciət edə bilərlər.
Hazırda özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər”. – Bu barədə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov açıqlama verib.