“Brent” neftinin qiyməti 30 dolları ötüb

“Brent” markalı neftin bahalaşması davam edir.”Bakı vaxtı ilə saat 17:38-də “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin 11,88% artaraq 30,43 ABŞ dollarına bərabər olub.WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 18,24% artaraq 24,11 dollar təşkil edib.Qeyd edək ki, “Brent” neftinin qiyməti cari ilin 15 aprel tarixindən ilk dəfə 30 dolları ötüb.
Mənbə: Apa.az