Ç. İyn 25th, 2025

Koronavirus 7 il əvvəl ortaya çıxıb?!

İngiltərənin məşhur qəzetlərindən biri olan The Sunday Times iddia edir ki, koronavirus 7 il əvvəl ortaya çıxıb və Çin bunu gizli saxlayıb.

Qəzet bildirir ki, virus ilk dəfə 2013-cü ildə istifadə edilməyən mis mədənində aşkar edilib və mutasiyaya məruz qalıb, indiki pandemiya halına çevrilib. Vuhan şəhərindən əldə edilən dəlillər laboratoriyaya gətirilib, lakin alimlər tərəfindən diqqətə alınmayıb.

2012-ci ildə həmin mədəndə 6 nəfərin yüksək temperatur və qrip simptomları ilə çıxdığını iddia edilib. Yarasa və siçanlarla dolu olan həmin mədən bağlanılıb. Yoluxmuş şəxslər isə vəfat edib.

The Sunday Times qəzeti Çini hər şeyi gizli saxlamaqla və virusun yayılmasına icazə verməklə günahlandırıb.

Mənbə: The Sunday Times, CNN

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com