Ç. İyn 25th, 2025

Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı

Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.
Bu barədə hüquq-mühafizə orqanları məlumat verilib.
Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib.

Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.
İntiharın səbəbləri araşdırılır.

Mənbə: Oxu.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com