Sabirabadda dəhşətli avtomobil qəzası

Sabirabadda iki nəfərin ölümü və iki xəsarət alma ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə dünən rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu idarə etdiyi , “Prado” markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan “Shacman” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı “Prado”nun sürücüsü və sərnişini Məmmədova Nigar İxlas qızı dünyasını dəyişib.
Digər iki sərnişin- 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı və 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo