Ç. İyn 25th, 2025

Lənkəran Klubunun yetirmələri bu dəfə buraxılış imtahanında yüksək nəticə göstəriblər

18-19 iyun tarixində 21 minə yaxın abituriyentin iştirak etdiyi buraxılış imtahanında Lənkəran məktəbliləri yüksək səviyyədə iştirak edib.

“Lənkəran Klubu”ndan Mediamax.az saytına verilən məlumata görə, Lənkəran İntellektual Oyunlar Klubunun bütün yetirmələri müxtəlif layihələrdə olduğu kimi bu dəfə buraxılış imtahanında da yüksək nəticə göstərərək Lənkəranın adını ön sıralara çəkməyi bacarıblar.

Belə ki, 18-19 iyun tarixlərində keçirilən imtahanda “İntellekt cəngavəri” mükafatının sahibi, “Lənkəran Klubu”nun və Lənkəranın layiqli təmsilçisi Həsən Abbaslı 297,1 bal toplayaraq ən yüksək nəticə ilə 21 min şagird içərisində birinci yerə çıxıb. Hər birini gözəl nəticələrə görə təbrik edir, gələcək imtahanlarda daha böyük uğurlar arzu edirik.

Qeyd edək ki, “Lənkəran Klub” 2014-cü ildə “Regional klub”, 2017-ci ildə isə “İlin klub”u mükafatlarının qalibi olub. Eyni zamanda klubda şagirdlərin hazırlıqları ilə məşğul olan Famil Məmmədov 2018-ci ildə “İlin məşqçi”si mükafatını qazanıb.

Lənkəran klubu üzvlərinin ümumilikdə ən yüksək bal toplayan məzunların nəticələri açıqlandı

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com