Saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı

Yevlax rayon prokurorluğu, Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələrinin verilməsi bağlı əsaslı şübhələr müəyyən edib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. (apa_az)