Prokurorluq orqanlarında yeni təyinatlar

Prokurorluq orqanlarında yeni təyinatlarla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.
Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.