Ç. İyn 25th, 2025

Facebook siyasi reklamları qadağan edirmi?

Facebook rəhbərliyi bu ilin noyabrında ABŞ-da keçiriləcək Prezident seçkiləri öncəsi sosial şəbəkədə siyasi reklam yerləşdirilməsinə qadağa tətbiq edilməsini nəzərdən keçirir.
Bu barədə “Bloomberg” məlumat yayıb.

Mümkün qadağanın hələ də müzakirə edildiyini bildirən agentliyin məlumatına görə, məqsəd istifadəçiləri seçki ilə əlaqəli yanlış ola biləcək məzmundan qorumaqdır.

Bununla yanaşı, Facebook rəhbərliyi reklam qadağasının seçki kampaniyasına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, yeni məlumatlara cavab imkanlarını məhdudlaşdıracağına dair narahatlıq keçirir.

Mənbə:xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com