Müdafiə Nazirliyi Murovdağın “Güzgü” postunun azad edilməsi haqqında yayılan xəbərə münasibət bildirdi

Hazırda sosial şəbəkələrdə Murovdağın “Güzgü” postunun guya azad edilməsi ilə bağlı məlumatlar yayılır.
Mediamax.az Ordu.az-a istinadən xəbər verir ki, sorğulara Müdafiə Nazirliyindən cavab olaraq bildiriblər ki, hazırda təmas xəttində nisbi sakitlikdir.
“Məlumatlar əsassızdır. Təmas xəttində sakitlikdir. Əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur”, – deyə nazirlikdən qeyd ediblər.
Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, ictimaiyyəti bu cür yalan məlumatlarla aldatmaq, onların hissləri ilə oynamaq qəbuledilməzdir.