MN-dən yayılmış dezinformasiya ilə bağlı açıqlama

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu xəbərin həqiqətə uyğun olmadığı bildirilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.
Mənbə: APA