Ç. İyn 25th, 2025

Vaqif Dərgahlı: “Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir”

Vüqar Dərgahlı

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çalışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”. Vaqif Dərgahlı həmçinin qeyd edib ki, Tovuz istiqaməti ilə yanaşı, həm dövlət sərhədində, həm də qoşunların qarşıdurma xəttində vəziyyət hazırda gərgindir: “Yaranmış gərginliklə bağlı nazirlik rəsmi məlumat yayıb”. (Apa.az)

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com