Daha bir ölkə də koronavirusa qalib gəldiyini açıqladı

İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.
Bu barədə hökumətin yaydığı məlumatda bildirilir ki, xəstəliyə yoluxanlardan 97%-i yəni 1,799 nəfərdən 1,750-si artıq müalicə olunaraq sağalıb.
Hazırda virusdan 10 nəfərin həyatını itirdiyi İslandiyada 39 yoluxma faktı var. Onlardan sadəcə 3-ü xəstəxanadadır,onlarında vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, İslandiya bazar ertəsindən etibarən martın 16-dan tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.
Ria Novosti