Tovuzun Dondar Quşçu kəndi atəşə tutulub

“Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub”.
Bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
Mənbə: Qafqazinfo