Ç. İyn 25th, 2025

Masallı rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb. Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Mənbə: Apa.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com