Real Madrid 34-cü dəfə çempion oldu

La Liqada 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Qalib “Real”dır. Madrid təmsilçisi 37-ci turda doğma meydand “Vilyarreal”a 2:1 hesabı il qalib gəlib və xalını 86-ya yüksəldib. Bununla da, Zinəddin Zidanın komandası çempionatın bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib.
“Real” – “Vilyarreal” – 2:1Qollar: Benzema, 29 (1:0), 77-pen (2:0), İborra, 83 (2:1)
Beləliklə, “Kral klubu” tarixində 34-cü dəfə ölkə çempionu olub.
Qeyd edək ki, 37-ci turda “Osasuna”ya 1:2 hesabı ilə uduzan “Barselona” 79 xalla 2-ci, “Atletiko” 69 xalla 3-cüdür.
Mənbə: Qol.az