Ç. İyn 25th, 2025

Müdafiə Nazirliyindən açıqlama: Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar

“Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.” – deyə MN rəsmisi vurğulayıb.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com