Ç. İyn 25th, 2025

Uşaq bağçasının mühafizəçisinə hökm oxunub

Rusiyanın Naryan-Mar şəhərində qatili uşaq bağçasına buraxan mühafizəçiyə hökm oxunub.
Bu barədə “Pomorye” xəbər yayıb.
35 yaşlı Anton Çudakov bütün təhlükəsizlik tələblərini pozub və nəticədə, yerli sakin  Denis Pozdeyev maneəsiz şəkildə məktəbəqədər təhsil müəssisəsinə girərək, ikinci mərtəbəyə qalxmış, orada uşaqların yatdığı otağa girərək bıçaqla altı yaşlı uşağı öldürmüşdü.

Sonradan Pozdneyev kitabda “əbədi və zəngin bir həyat”ı təmin edən tilsim oxuduğunu deyib. Onun sözlərinə görə, tilsimin işləməsi üçün uşaq öldürülməli imiş.

Mühafizəçi təqsirini qismən etiraf edib.
Məhkəmə onu 2,5 il müddətinə azadlıqdan məhrum edib.

Mənbə: oxu.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com