Məleykə Abbaszadə və Ceyhun Bayramov buraxılış imtahanlarının tarixi haqqında məlumat verdi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bu məsələlərə toxunub:
“Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq”.”İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır”.
“11-ci sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır”.
“Şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürülərək növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edə bilərlər”.
“İmtahanda bir auditoriyada maksimum 12-15 şagird oturacaq”.
“Builki imtahanların özəlliyi ondan ibarətdir ki, şagirdlər yaşadığı regionda imtahan verəcək”.
“Qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur”.
“Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək”.
“Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun – iyul aylarında keçirilməsi planlaşdırılır”.
“Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq”.
“Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək”.