Astarada yol-nəqliyyat hadisəsi baş verib

Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub. “Mercedes”lə vurulan piyada xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, iyulun 17-də saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Lənkəran rayon sakini E.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Yusif Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə: Oxu.az