Ç. İyn 25th, 2025

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynada yeni vəzifəyə təyin olunub

“İnterfaks” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman verib. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Milli İslahatlar Şurasının tərkibinə daxil edilib.

Saakaşvilinin müavini vəzifəsinə isə “İnternet İnvest Group” holdinqinin prezidenti Aleksandr Olşanski təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin Ukraynada Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsinə gətirilməsi planlaşdırılırdı. Ancaq rəsmi Tbilisinin etirazından sonra bu plan baş tutmadı.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com