Ç. İyn 25th, 2025

BƏƏ Marsa peyk göndərib

Birləşmiş Ərəb Əmirlikləri Marsa “Hope” adlı peyki göndərib.

Yaponiyanın Kaqoşima əyalətində yerli saatla 7.58-də roket kosmosa uçurulub.

Əgər roket uğurla Marsa ensə, oksigen ,hidrogen və atmosfer temperaturunu araşdıracaq.

Əsas məqsəd kəşfiyyat aparmaq və müəyyən nəticələr əldə etməkdir.

Keçən həftə baş verməsi gözlənilən uçuş qeyri-sabit hava şəraitinə görə təxirə salınmışdı.

BƏƏ 2117-ci ildə Marsda insan yaşaya biləcək kompleks inşa etməyi planlaşdırır.

Mənbə: AA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com