DİM: İndiyədək imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb

“Pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimat hazırlanıb. DİM tərəfindən pandemiya şəraitində imtahanların keçirilməsi üçün addımlar atılıb, imtahanlar lokallaşdırılıb. İmtahanlarda kütləviliyin azaldılması üçün bütün şəhər və rayonlarda bu imtahanları keçirmişik, lokallaşdırma aparılıb. Bu, imtahanlarda bir binada 220-250 nəfərin iştirak etməsinə imkan verib. İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb”. – deyə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib. (Apa)