Ç. İyn 25th, 2025

Qadına mesaj yazan polis əməkdaşı işdən çıxarılıb

Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazan polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Sosial şəbəkələrdə polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı yayılan məlumatlar Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb.

Araşdırmaların nəticəsinə uyğun olaraq Z. Abbasov xidmətdən xaric edilib.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com