Ağstafa rayonunda baş verən qəzada 2 nəfər xəsarət alıb

Ağstafa rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Vəkilov Növrə və 1978-ci il təvəllüdlü Qurbanov Elnur xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə : APA