Ç. İyn 25th, 2025

Abşeronda mənzillərin birində meyit tapılıb

Abşeronda qapısı bağlı qalan mənzildən meyit aşkar olunub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatda deyilir.

Məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com