Ç. İyn 25th, 2025

Yeni Təhsil naziri təyin edilib

Emin Əmrullayev Təhsil naziri vəzifəsinə təyin edilib.

Mediamax.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com