Ç. İyn 25th, 2025

Pişik koronavirusa yoluxub

İngiltərədə ev pişiyində yoxlama zamanı koronavirus əlamətləri aşkarlanıb. Dövlət Baytarlıq Klinikasında aparılan test nəticəsində pişiyin koronavirusa yoluxduğu təsdiq olunub.

İngiltərədə ilk dəfə ev heyvanlarında rast gəlinən virusa yoluxma halı insandan heyvana keçmə şəklində baş verib. Pişiyin sahiblərində virus əlamətləri qeydə alınıb.

Pişik bir neçə gün ərzində sağalıb. Lakin İngiltərənin Səhiyyə naziri heyvan sahiblərinin narahat olmamasını, hər heyvanın virusa tutula bilmə faktının təsdiq olunmadığını vurğulayıb.

Heyvanlarla təmasda olduqdan sonra mütləq əllərinizi yuyun!

Mənbə: Haberglobal

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com