Ç. İyn 25th, 2025

Goranboyda maşın aşdı, sürücü öldü

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“Mediamax”ın məlumatına görə, hadisə Goranboy – Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Behbudov Tapdıq idarəetməni itirərək maşını yolun kənarına aşırıb. O, aparıldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com